Bakıda mebel sexində yanğın söndürülüb - YENİLƏNİB

20:54 27.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə hafta.az-a FHN-dən bildirilib.

*** 19:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olması barədə ilkin məlumat daxil olub.

Hafta.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.